XƏBƏRLƏR / Qonşular

İran vahid valyuta kursu tətbiq etməyə cəhd edir

Hal-hazırda İranda dolların 4 kursu mövcuddur

İran vahid valyuta kursu tətbiq etməyə cəhd edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran hökumətinin yeni valyuta tənzimləməsinə əsasən, 18 yaşdan yuxarı vətəndaşlar artıq banklardan və valyutadəyişmə məntəqələrindən dollar və avro ala bilərlər. Dəyişikliklərdən sonra dolların məzənnəsi 143.000 tüməndən 140.000 tümənə düşüb.

    Lakin yerli media bir çox bankların hələ də yeni qaydaları tətbiq etmədiyini bildirir.

    Qeyd edək ki, İran hakimiyyəti iqtisadi böhran və milli valyutanın ABŞ dollarına qarşı rekord səviyyədə ucuzlaşmasından sonra geniş yayılmış hökumət əleyhinə etirazlar fonunda yeni mərkəzi bank rəhbəri təyin edib.

    Rəsmi xəbər agentliyi IRNA-nın verdiyi məlumata görə, Prezident Məsud Pezeşkianın kabineti keçmiş iqtisadiyyat naziri Əbdülnasir Hemməti İran İslam Respublikası Mərkəzi Bankının yeni rəhbəri təyin edib.

    68 yaşlı Hemmati əvvəllər Pezeşkianın dövründə iqtisadiyyat və maliyyə naziri vəzifəsində çalışıb. Mart ayında parlament Hemmatini səhv idarəetmə və siyasətinin İran rialının möhkəm valyutalara qarşı möhkəmlənməsinə zərər verdiyinə dair ittihamlara görə vəzifəsindən azad edib.