Nikol Paşinyanın təhlükəsizlik sistemi gücləndirilir
Bu barədə erməni mənbələri məlumat yayıb
Ermənistanın baş naziri Nikol Paşinyanın təhlükəsizlik sistemi gücləndirilir.
Bu barədə erməni mənbələri məlumat yayıb.
Bildirilib ki, hakimiyyət keşiş Baqratın başçılığı altında keçirilən aksiyaya məhəl qoymasa da, N.Paşinyanın təhlükəsizliyinə yönəlik tədbirləri artırır.
Məlumata görə, hökumət administrasiyası baş nazirin təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni videoyazı sistemi tətbiq edib.
Həmin sistemin qurulması üçün dövlət büdcəsindən 6 milyon dram (təqribən 16 min dollar) maliyyə vəsaiti ayrılıb.