İranda prezident seçkisi: ilk anket nəticələrinə görə qalib
İİR-də prezidentliyə altı namizəd var
İranda 14-cü prezident seçkiləri üçün iyunun 28-də səsvermə keçiriləcək. Prezident seçkilərində mübarizə aparacaq 6 namizəd iyunun 27-si saat 08:00-dək seçkiqabağı təşviqat tədbirlərini davam etdirə biləcək.
Namizədlər aşağıdakı siyasətçilərdir:
Mustafa Purməhəmmədi - prokuror və keçmiş ədliyyə naziri;
Məsud Pezeşkian - parlamentin deputatı, keçmiş səhiyyə naziri;
Əlirza Zakani - Tehran meri;
Səid Cəlili - İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;
Məhəmməd Baqir Qalibaf - parlamentin hazırkı sədri;
Seyid Əmir Hüseyin Qazizadə Haşimi - parlament sədrinin keçmiş müavini.
İrandakı universitetlərdən birinin araşdırma mərkəzi seçki ilə bağlı proqnozlarını dərc edib.
Araşdırma mərkəzinin keçirdiyi sorğuda Qalibaf 30 faiz, Cəlili 25 faiz, Peşezkian 19 faiz, Əlirza Zakani 5 faiz, Mustafa Purməhəmmədi 4 faiz və Əmir Hüseyin Qazizadə Haşimi 2 faiz səs toplayıb.
İran Tələbələri Araşdırma Agentliyi sorğuda iştirak edən vətəndaşların 44,4 faizinin prezident seçkilərində mütləq səs verəcəklərini bildirib.