Gürcüstanda vəziyyət gərgin olaraq qalır VIDEO
Salome Zurabişvili bəyan edib ki, mandatının başa çatmasına baxmayaraq istefaya getməyəcək
Rustaveli prospektində müxalifətin və avrointeqrasiya tərəfdarlarının kortəbii aksiyası keçirilir, dünən gecə saxlanılanlarla həmrəylik ifadə edilir və onların azadlığa buraxılması tələb olunur. VIDEO
Gürcüstan Prezidenti Salome Zurabişvili bəyan edib ki, mandatının başa çatmasına baxmayaraq, parlament “qeyri-legitim” olduğundan istefa verməyəcək.
“Mən sizin prezident olaraq qalıram, qanuni parlament yoxdur. Buna uyğun olaraq qeyri-legitim parlament yeni prezident seçə bilməyəcək. Beləliklə, inauqurasiya baş tutmayacaq. Və mənim mandatım qanuni seçilmiş parlament olana qədər davam edir”, Zurabişvili televiziya ilə çıxışında deyib.
Bu arada Gürcüstan DİN-nin xüsusi təyinatlılari və su şırnaqları Gürcüstan parlamentinə və Tbilisinin mərkəzindəki Azadlıq meydanına hərəkət edib.
Artıq binaya bitişik küçələrdə forma geyinmiş çoxlu “robokoplar” var. Xüsusi texnika işə salınaraq polisə yaxınlaşıb.
Artıq üçüncü gecədir ki, Gürcüstan paytaxtı bu vəziyyətdədir. Əvvəlki iki gecə kütləvi həbslər, nümayişçilərin döyülməsi və gözyaşardıcı qazla başa çatıb.