XƏBƏRLƏR / Qonşular

Ermənistan Azərbaycanla silahlanma yarışına girməyəcək

Bunu Ermənistan müdafiə naziri Suren Papikyan bildirib

Ermənistan Azərbaycanla silahlanma yarışına girməyəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan müdafiə naziri Suren Papikyan bildirib ki, Ermənistanın Azərbaycanla silahlanma yarışına girmək niyyəti yoxdur.

    Bu, Ermənistan hökumətinin mövqeyidir. Lakin müdafiə naziri Suren Papikyan qeyd edib ki, bu, ölkənin silah, hərbi texnika almağı və ya ordusunu modernləşdirməyi dayandıracağı anlamına gəlmir.

    Nazir hansı yarışdan danışdığı məlum deyil, çünki Ermənistanın 2026-cı ilə olan artırılmış hərbi büdcəsi 1,7 mlrd dollar olan halda, Azərbaycan eyni məqsədlərə 3 dəfə çox, 5 mlrd dollar vəsait ayırıb. Yəni Ermənistan istəsə də Azərbaycanla bu sahədə yarışa girə bilməz.