Köçəryanın oğlu "Artsax" səhifəsinin bağlanmadığını deyir
Levon Köçəryan bu gün Ermənistan parlamentinin deputatı təyyin edilib
Ermənistanın eks-prezidenti, hərbi cani Robert Köçəryanın oğlu Levon bu gün "Hayastan" fraksiyasının deputatı seçilən Levon Köçəryan erməni "Artsax"ının səhifəsinin bağlanmadığını deyib.
“Geri qayıtmaq üçün həmişə pəncərəniz olmalıdır və bunun üçün "Artsax"ın subyektivliyini təmin etmək vacibdir”, o vurğulayıb. Köçəryan Ermənistanın hazırkı hakimiyyətini "Artsax"ı xilas edə bilməməkdə əsas günahkar adlandırıb.
Xatırladaq ki, Levon Köçəryan polislərə qarşı zorakılıq törətdiynə görə həbs edilmişdi. Onu cinayət məsuliyyətindən qurtarmaq üçün atası Robert ona məxsus parlamentin "Hayastan" fraksiyasından bir nəfəri çıxarıb, yerinə oğlunu təyin edib ki, deputat toxunulmazlığı əldə etsin və o, azadlığa çıxsın.