Rusiyada Prezident seçkiləri ləğv oluna bilər
Putin hərbi vəziyyət dövründə prezident seçkilərinin təxirə salınması haqqında qanunu imzalayıb
Rusiya Prezidenti Vladimir Putinin imzaladığı qanuna əsasən:
- Mərkəzi Seçki Komissiyasına hərbi vəziyyətin qüvvədə olduğu rayonlarda dövlət başçısının seçkilərini təxirə salmaq hüququ verilir.
- Həmçinin MSK xüsusi seçki proseduru tətbiq edə və səsvermə vaxtını azalda bilər.
- Qanun media işçiləri və seçki müşahidəçiləri üçün yeni məhdudiyyətlər tətbiq edir.
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, Ukraynanın ilhaq edilmiş bölgələri də daxil olmaqla, “xüsusi vəziyyət” səbəbindən prezident seçkiləri haqqında qanuna dəyişikliklər tələb olunur.