Saakaşvili tərəfdarlarının hökumət binası qarşısında etirazı
Tbilisi şəhər məhkəməsinin qərarına etiraz edən izdihamın get-gedə sayı artır
Gürcüstanda hökumət binası qarşısına şəhər məhkəməsinin qərarına etiraz etmək üçün Saakaşvilinin tərəfdarlarının sayı artır.
Tbilisi Şəhər Məhkəməsi keçmiş prezident Mixail Saakaşvilinin həbsdə saxlanması və xaricə müalicəyə göndərilməməsi barədə qərar qəbul edib. Bundan başqa, eks-prezidentə həbs cəzası vaxtından əvvəl möhlət verilməyib.