Kiriakos Mitsotakis: Qonşulara kömək etmək bizim borcumuzdur
Yunanıstanın Baş naziri qeyd edib ki, indi bütün siyasi fikir ayrılıqlarını kənara qoyub, yardım etmək lazımdır
Qonşulara kömək etmək bizim borcumuzdur - Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis
“Orada insanların həyatını xilas edirlər, biz ikinci ekipaj göndərdik, indi isə humanitar yardımla 5 təyyarə göndəririk. Bizim borcumuz qonşularımıza kömək etməkdir. İndi bütün siyasi fikir ayrılıqlarını bir kənara qoyub, bu dəhşətli fəlakətdən əziyyət çəkən türk və Suriya xalqlarına yardım əlini uzatmalıyıq. Türkiyə-Yunanıstan münasibətlərinə gəlincə, türk qızını xilas etmək üçün türk və yunan xilasedicilərinin birgə işindən daha güclü mesaj təsəvvür edə bilmirəm. Mən həmişə demişəm ki, biz dost xalqlarıq”.