İran Qərb missiyasının Ermənistana gəlməsinin əleyhinə deyil
Bu barədə İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri bildirib
İran Avropa İttifaqının mülki missiyasının Ermənistanda yerləşdirilməsinin artıq əleyhinə deyil.
“Armenpress”in məlumatına görə, bu barədə İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri bildirib.
“Və digər ölkələr regionda təhlükəsizliyin və sülhün təmin olunmasına töhfə verə bilər”, - səfir bildirib.
Problemlərin region ölkələrinin iştirakı ilə həllinə gəlincə, bu, dialoq və müzakirələrə əsaslanacaq təhlükəsizliyi və sülhü təmin edə bilər.
Missiyanın tərkibində NATO üzvü olan Fransanın hərbçiləri də iştirak edəcək.
Qeyd edək ki, bundan əvvəl İranın molla rejimi regionda xarici qüvvələrin yerləşdirilməsinin qəti əleyhinə idi.