Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Azərbaycanda
Qela Qeladze DTX rəisi Əli Nağıyevlə görüşüb
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Azərbaycana gəlib.
Gürcüstan mediasının məlumatına görə, Qela Qeladze Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevlə görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq, regionda baş verən hadisələr, beynəlxalq təhlükəsizliyə qarşı müasir çağırışlar və iki ölkənin kəşfiyyat orqanları arasında sıx əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini müzakirə edib.
Qeladze Azərbaycanlı həmkarını Gürcüstana cavab səfərinə dəvət edib.
1 dəqiqədən az