“Xalqdan üzr istə və hakimiyyətdən get!”
İranda Universitet professoru Mustafa Mehrayin Xameneiyə səsləndi

İranlı sosioloq Xameneiyə səsləndi: “Xalqdan üzr istə və hakimiyyətdən get”
Bir müddət öncə İranın ali rəhbəri Əli Xameneiyə açıq məktub yazan və onun hakimiyyətini tənqid edən iranlı sosioloq və universitet professor Mustafa Mehrayin “Instagram” hesabında paylaşım edərək, barəsində məhkəmə işinin açıldığını bildirib.
Mustafa Mehrayin paylaşımında məhkəmə işinə etiraz edərək yazıb: “Heç olmasa 24 saat keçdikdən sonra məhkəmə qərarı barədə bildiriş göndərərdin. Sənin ağlında nə olduğunun mənim üçün əhəmiyyəti yoxdur. Mən müəllimlik işimi davam etdirirəm”.
Xameneini tənqid atəşinə tutan sosioloq ona xalqdan üzr istəməyi, ABŞ-la birbaşa danışıqlar aparmağı və hakimiyyətdən getməyi təklif edib. (Azad İran)