XƏBƏRLƏR / Qonşular

Paşinyan Ərdoğana zəng edib

Ermənistan hökumətinin mətbuat xidməti məlumat verir

Paşinyan Ərdoğana zəng edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Baş nazir Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.


    Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Paşinyan ölkənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Türkiyə prezidentinə və xalqına başsağlığı verib və dəstək sözlərini bildirib.

    “Paşinyan bütün zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb və əlavə edib ki, xilasetmə qüvvələrini daşıyan təyyarə Yerevan Zvartnots hava limanından fəlakət zonasına uçmağa hazırlaşır”, - məlumatda deyilir.

    Ərdoğan köməyə görə baş nazir Paşinyana təşəkkür edib və Türkiyə hökumətinin Ermənistanın dəstəyini yüksək qiymətləndirdiyini qeyd edib. O, bu addımın iki ölkə arasında dialoqun daha da dərinləşməsi kontekstində vacibliyini vurğulayıb.