XƏBƏRLƏR / Qonşular

Rusiya gürcülər üçün vizanı ləğv etdi

Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyanın viza rejimini ləğv etməsini təxribat hesab edir

Rusiya gürcülər üçün vizanı ləğv etdi
V.V.Putin
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Federasiyası Gürcüstanla viza rejimini ləğv edib. Bu barədə Rusiya Prezidenti Vladimri Putin XİN-ə tapşırıq verib. 

      Məlumata görə, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur.

      Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyanın viza rejimini ləğv etməsini qəbuledilməz adlandırıb, bunu təxribat hesab edir.
      Gürcüstan prezidenti hakimiyyəti ruslar üçün viza rejimini müzakirə etmək üçün Təhlükəsizlik Şurasını toplamağa çağırıb. Zurabişvili hesab edir ki, viza rejimini ləğv edilməsi respublikada siyasi gərginliyə səbəb olacaq. O, həmçinin ölkədə sırf rusdilli uşaq bağçalarının açılmasını qəbuledilməz hesab edir.