XƏBƏRLƏR / Qonşular

Qətər və Küveyt Ermənistanın dəmir yollarını ala bilər

Bu barədə hökumət brifinqində baş nazir Nikol Paşinyan məlumat verib

Qətər və Küveyt Ermənistanın dəmir yollarını ala bilər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qətər və Küveyt Ermənistanın dəmir yolu üzərində nəzarəti öz üzərinə götürməyə hazır olduqlarını bildiriblər.

    Hökumət brifinqində Ermənistanın baş nazir Nikol Paşinyan məsələnin müxtəlif tərəfdaşlarla müzakirə edilə biləcəyini bildirib. Prinsip budur ki, nəzarət başqa bir ölkəyə verilərsə, bu, yalnız həm Ermənistan, həm də Rusiya ilə yaxşı münasibətləri olan bir ölkəyə veriləcək.

    "Biz rusiyalı tərəfdaşlarımızla danışmaq istəyirik; danışıqlar aparmalı və ünsiyyət qurmalıyıq. Razılaşmanı pozmaq həmişə səhvdir və dövlətlərarası və şəxsi münasibətlərimiz bunu etməyimizə mane olur. Əksinə, onlar sakit və mehriban bir atmosferdə müzakirələrə kömək edir", - deyə Ermənistanın Baş naziri bildirib.