Azərbaycan sabit və etibarlı tərəfdaşımızdır
Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib
Azərbaycan enerji də daxil olmaqla bir çox sahədə sabit və etibarlı tərəfdaşımızdır.
Bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumundakı çıxışında deyib.
"Hazırda Azərbaycan Prezidenti cənab Əliyevlə aktiv dialoq aparırıq, digər məsələlərlə yanaşı, enerji və qaz sahəsində əməkdaşlığımızın genişləndirilməsini müzakirə edirik. Burada yaxşı perspektivlər görürük və birlikdə işləməyə hazırıq.
Rusiya Türkiyəyə 30 milyard kubmetrə qədər qaz tədarük edir ki, bu da Azərbaycanın tədarük etdiyindən xeyli çoxdur. Lakin biz özümüzü rəqib kimi görmürük. Əksinə, əməkdaşlığa hazırıq" - Rusiya Prezidenti vurğulayıb.
1 dəqiqədən az