XƏBƏRLƏR / Neft və Qaz

Qaz ixrac edən ölkələr Moskvada bir araya gəliblər FOTO

Qaz İxrac Edən Ölkələr Forumunun 28-ci Nazirlər Görüşündə Azərbaycanın energetika naziri Pərviz Şahbazov iştirak edib

Qaz ixrac edən ölkələr Moskvada bir araya gəliblər FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün Moskvada Qaz İxrac Edən Ölkələr Forumunun (QİÖF) 28-ci Nazirlər Görüşü açılıb. Görüşdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov iştirak edib.

    Forum qlobal qaz bazarının inkişafı ilə bağlı strateji məsələlərin müzakirəsi üçün əsas platformadır.

    Bu ilki görüşdə iştirakçılar enerji təhlükəsizliyi və onun gücləndirilməsi tədbirləri, qaz bazarının sabitliyi, tələb və təklif arasında tarazlığın qorunması yolları, qaz sənayesinə uzunmüddətli maliyyə axınlarının stimullaşdırılması, texnoloji əməkdaşlıq, təcrübə mübadiləsi və qaz istehsalı, nəqli və emalı sahəsində birgə layihələr, eləcə də dövlətlərin təbii qaz ehtiyatlarına suveren hüquqlarının qorunması məsələlərini müzakirə edəcəklər.

    Şahbazov çıxışında təbii qazın etibarlı enerji mənbəyi kimi artan rolunu və tələbatın ödənilməsinin və istehsalçıların maraqlarının qorunmasının milli enerji siyasətinin əsas prioritetləri olduğunu vurğulayıb.

    Nazir vurğulayıb ki, "Azərbaycan həmişə təbii qaz təchizatında etibarlı tərəfdaş olub və bu, bizim siyasətimizin əsas prinsipidir".

    Forumun proqramı çərçivəsində Şahbazovla tərəfdaş ölkələrdən olan həmkarları arasında bir sıra ikitərəfli görüşlər planlaşdırılır.