Elan edilən İrəvan-Qafan aviareysi baş tutmadı
Azərbaycanın etirazlarından sonra həftədə 2 dəfə həyata keçiriləcək reyslər dayandırılıb
Təyyarə İrəvandan gəlmədiyi üçün Qafan-İrəvan reysi bu gün baş tutmayıb.
Uçuşun sərnişinləri İrəvana çatmaq üçün taksidən istifadə etməyə və ya maşınlarında yola düşməyə məcbur olublar.
Qeyd edək ki, Qafan hava limanı Azərbaycan sərhədinin bir neçə metrliyində yerləşdiyi səbəbindən rəsmi Bakı, ölkənin hava hüdudlarıının pozulması riski olduğuna görə baş nazir Nikol Paşinyanın elan etdiyi İrəvan-Qafan və Qafan-İrəvan mütəmadi aviareyslərə kəskin etiraz etmişdi.