İrəvanda müxalifət və polis qüvvələri MSK-nın önünə toplaşır
"Güclü Ermənistan" və "Çiçəklənən Ermənistan" keçirilmiş seçkilərin nəticələri ilə razı deyil YENİLƏNİB
15:15
Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) "Çiçəklənən Ermənistan"ın seçki nəticələrinin əvvəllər ləğv edildiyi iki seçki məntəqəsində yenidən sayılması tələbinə qəti cavab verməyib.

"Çiçəklənən Ermənistan"ın namizədi Gevorq Stepanyan bir neçə dəqiqə əvvəl MSK binasını tərk edərək mitinqdə toplaşanlara komissiyanın başqa gün istədiyini, yekun nəticələrin sabah açıqlanacağını bildirib. Stepanyanın sözlərinə görə, komissiya üzvü həmçinin MSK-nın kollegial orqan olduğunu və qərarların buna uyğun olaraq qəbul edildiyini bildirib.
***
12:52
Polis Ermənistan Mərkəzi Seçki Komissiyasının binasına toplaşır.

Müxalifətdəki "Güclü Ermənistan" partiyasının nümayəndəsi hazırda binadadır. Onlar seçkinin nəticələrini ləğv etəyə tələb edirlər.

QaqikTsarukyanın "Çiçəklənən Ermənistan" partiyası isə parlamentə daxil ola bilməməsindən narazı qalaraq saat 13:00-da mitinq keçirməyi planlaşdırır.
Mərkəzi Seçki Komissiyası bütün partiyaları 14 iyunda yekun nəticələrin açıqlanmasını gözləməyə çağırıb.
1 dəqiqə