XƏBƏRLƏR / Qonşular

Ərdoğan da Paşinyanı təbrik edib

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb

Ərdoğan da Paşinyanı təbrik edib
arxiv
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə lideri Ermənistanın Baş naziri Nikol Paşinyanı “Mülki Müqavilə” partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.

    Ermənistan mediasının xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması və bu istiqamətdə zəruri əməkdaşlığın təmin edilməsi barədə Ermənistan liderinin strateji baxışının uğurla həyata keçiriləcəyinə tam əminliyini ifadə edib.