Xələf Xələfov Azərbaycan-Gürcüstan sərhədini müzakirə edir
Xarici işlər nazirinin müavini Tbilisidə Gürcüstan XİN-nində siyasi məsləhətləşmələr aparır
"Bu gün Tbilisidə Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası müzakirə olunacaq", - Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov.
Bu məsələnin qeyri-rəsmi müzakirəsi Azərbaycan və Gürcüstan xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr zamanı aparılacaq.
Gürcüstan və Azərbaycan ümumi sərhədin1/3-i ilə bağlı razılığa gəlməyiblər. Ən ağrılı mövzu qədim David Qareji monastır kompleksi və Erisimedi kəndidir.
Bakı monastırın alban mədəniyyətinin abidəsi olduğuna inanır, Tbilisi bununla razılaşmır.