XƏBƏRLƏR / Qonşular

Xamenei üz, baş və ayaq nahiyələrindən xəsarətlər alıb

O, gizli bir yerdə saxlanılır və kuryerlər vasitəsilə əlaqə saxlayır YENİLƏNİB

Xamenei üz, baş və ayaq nahiyələrindən xəsarətlər alıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 17:44

    Bu arada CBS News xəbər verir ki, Xamenei gizli bir yerdə saxlanılır və kuryerlər vasitəsilə əlaqə saxlayır. Bunu ABŞ kəşfiyyatı deyir.

    Müctəba Xameneinin kuryerlər vasitəsilə əlaqə saxlaması ABŞ prezident administrasiyası ilə danışıqları çətinləşdirir. ABŞ-ın yüksək vəzifəli bir rəsmisinin sözlərinə görə, dialoqun yavaş tempinə baxmayaraq, Xamenei prinsipcə saziş layihəsini təsdiqləyib və Vaşinqton yaxın bir neçə gün ərzində yekun cavab gözləyir.

    ***

    14:26

    İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei üz, baş və ayaq nahiyələrindən yüngül xəsarətlər alıb.

    Bu barədə İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin rəhbəri Hüseyn Kərmanpur bildirib.

    Kərmanpurun sözlərinə görə, ilkin təsəvvür belə olub ki, bu cür bombardmandan çıxan birinin bədənində ciddi xəsarətlər olmalıdır, lakin üz, baş və ayaqlardakı səthi zədələr istisna olmaqla, başqa heç bir ciddi hal qeydə alınmayıb və yalnız bir-iki tikişin qoyulmasına ehtiyac olub.

    Kərmanpur əlavə edib ki, İranın Ali Rəhbəri mart ayının əvvəlində xəstəxanadan buraxılıb.