XƏBƏRLƏR / Qonşular

Moskva Ermənistan-Azərbaycan birbaşa dialoqunu alqışlayır

Bunu Kremlin sözçüsü Dmitri Peskov "Mayak" radistansiyasına bildirib

Moskva Ermənistan-Azərbaycan birbaşa dialoqunu alqışlayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Ermənistan və Azərbaycan arasında bu gün Əbu-Dabidə keçirilən birbaşa dialoqu alqışlayır.

    Bunu Kremlin sözçüsü Dmitri Peskov "Mayak" radistansiyasına bildirib.

    Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması regiona sabitlik gətirməyə kömək edəcək və Moskva bu prosesi dəstəkləyir.

    “Dəfələrlə müxtəlif səviyyələrdə demişik ki, sülh müqaviləsinin imzalanmasına sürətli çıxışı alqışlayacağıq. Məhz sülh müqaviləsinin imzalanması regiona proqnozlaşdırıla bilən, sabitlik və sülh gətirəcək çox vacib bir amilə çevriləcək. Bu prosesi tam dəstəkləyirik”, - Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb.