XƏBƏRLƏR / Qonşular

Ermənistan Türkiyəyə aparan dəmir yolunu özü bərpa edəcək

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib

Ermənistan Türkiyəyə aparan dəmir yolunu özü bərpa edəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın Baş naziri Nikol Paşinyan: Ermənistan hökuməti Türkiyəyə aparan dəmir yollarının yenidən qurulmasını öz üzərinə götürəcək.

    "Türkiyə tərəfində işlər artıq başlayıb və dəmir yolu açılacaq. Biz həmçinin Yerasx (Arazdəyən - ANSPress) qovşağının yenidən qurulmasına başlayacağıq. Ermənistan hökuməti bunu öz üzərinə götürəcək, baxmayaraq ki, güzəşt müqaviləsi var (Rusiyanın Cənubi Qafqaz Dəmir Yolu ilə - ANS Press).

    Biz investisiya qoyacağıq, dəmir yolunu təmir edəcəyik, bərpa edəcəyik və dəmir yolu açılacaq", - deyə o, Şirak bölgəsində keçirilən seçki kampaniyası zamanı bildirib.

    Xatırladaq ki, 2025-ci ilin dekabrında Paşinyan Rusiya tərəfindən Azərbaycan və Türkiyəyə aparan dəmir yolu hissələrinin bərpasını öz üzərinə götürməsini xahiş etdiyini açıqlamışdır. Bu, Yerasxdan (Arazdeyən) Naxçıvana və Axurik (Düzkənd) kəndindən Türkiyə sərhədinə qədər olan hissələrə aid idi.