XƏBƏRLƏR / Müttəfiq

17-ci Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası yekunlaşıb

Müdafiə Nazirliyi xəbər verir

17-ci Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası yekunlaşıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bakıda keçirilən 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, nazirliyin müxtəlif idarələrində, eləcə də Milli Müdafiə Universitetində keçirilən görüşlərdə hər iki qardaş ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

    Tərəflər təcrübə mübadiləsi, birgə təlimlərin təşkili, kadr hazırlığı və qarşılıqlı fəaliyyətin artırılması, habelə regional və beynəlxalq təhlükəsizliyə dair geniş fikir mübadiləsi aparıb, həmçinin mövcud əməkdaşlıq mexanizmlərinin səmərəliliyinin artırılması və gələcək fəaliyyət planlarının razılaşdırılması məsələlərinə toxunublar.

    Alt İşçi Qrupların sədrlərinin iclasın yekunu ilə bağlı məruzələri dinlənildikdən sonra həmsədrlər tərəfindən iclasın ümumi protokolu imzalanıb.