XƏBƏRLƏR / Müttəfiq

Rusiya Ermənistanın AİB-dən çıxarılmasında israrlıdır

Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk "İnterfaks" agentliyinə bildirib

Rusiya Ermənistanın AİB-dən çıxarılmasında israrlıdır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya və digər AİB (Avrasiya İqtisadiBirliyi) ölkələri dekabr ayına qədər Ermənistanın ittifaqdakı üzvlüyünün dayandırılması ehtimalını araşdıracaqlar.

    Rusiya Baş nazirinin müavini Aleksey Overçuk "İnterfaks" agentliyinə bildirib.

    Onun sözlərinə görə, ittifaqın üzv dövlətləri bu məsələni hüquqi baxımdan araşdırmaq niyyətindədirlər. AİB-ə Rusiya və Ermənistandan başqa Qazaxıstan və Qırğızıstan da daxildir.

    O, mövcud AİB müqaviləsində ölkənin ittifaqdakı üzvlüyünün müvəqqəti dayandırılması və ya xaric edilməsi mexanizmlərinin olmadığını vurğulayıb.

    "İndi dayandırılmanın nə demək olduğunu araşdıracağıq. Həqiqət budur ki, İttifaq Müqaviləsi üzvlüyün dayandırılmasını, üzvlərin xaric edilməsi mexanizmini nəzərdə tutmur. Buna görə də bütün bunlar dekabr ayına qədər hüquqi baxımdan diqqətlə araşdırılmalıdır", - Overçuk deyib.