XƏBƏRLƏR / Müttəfiq

Bakı və Ankara iqtisadi əməkdaşlıq planını təsdiqlədilər

Bu barədə Nazirlər Kabineti məlumat yayıb

Bakı və Ankara iqtisadi əməkdaşlıq planını təsdiqlədilər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda Azərbaycan və Türkiyə arasında Hökumətlərarası Komissiyanın 12-ci iclası başa çatıb. Danışıqlar zamanı müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq müzakirə edilib. Tərəflər enerji sektorundakı təşəbbüslərə, xüsusən də Cənub Qaz Dəhlizinin tutumunun genişləndirilməsinə, Azərbaycan qazının Avropaya və Yaxın Şərqə tədarükünə və İğdır-Naxçıvan qaz kəməri layihəsinə xüsusi diqqət yetiriblər.

    İclasdan sonra komissiya sədrləri, Azərbaycanın Baş naziri Əsədov və Türkiyənin vitse-prezidenti Yılmaz iclasın protokolunu imzalayıblar və ikitərəfli əməkdaşlığın əsas sahələrini əhatə edən 110 bəndlik fəaliyyət planını təsdiqləyiblər.