XƏBƏRLƏR / Müttəfiq

Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməlidir

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömər Çelik bəyan edib

Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməlidir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ankara Ermənistan-Türkiyə nizamlanmasına yeni təkan vermək üçün Bakının tələblərinin yerinə yetirilməsini vacib sayır.

    “Ermənistanın Azərbaycana qarşı yönəlmiş bəzi qanunları və ya konstitusiya maddələrini dəyişdirməsi vacib olacaq. Artıq ATƏT-in Minsk Qrupunu dağıtmağın vaxtıdır - onun artıq heç bir rolu yoxdur və problemin həllinə töhfə verməyib.

    Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömər Çelik “Bu addımlar atıldığı zaman Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi yeni təkan alacaq” deyib.