Gələn həftə İğdır-Naxçıvan boru kəməri istifadəyə veriləcək
Türkiyə mətbuatı xəbər verir ki, açılışda Prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək

İğdır-Naxçıvan boru kəmərində son tamamlanma işləri aparılır. Gələn həftə istifadəyə veriləcək qaz boru kəmərinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
Mərasimdə Prezident İlham Əliyevin iştrakı haqda hələ məlumat yoxdur.
Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək.