XƏBƏRLƏR / Müttəfiq

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışıb

Bu barədə Azərbaycan xarici işlər nazirliyi xəbər yayıb

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

    Telefon danışığı zamanı, Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də regionda təhlükəsizlik vəziyyəti müzakirə olunub, iki qardaş ölkə arasında birgə əlaqələndirilmiş fəaliyyətdən məmnunluq ifadə olunub.