XƏBƏRLƏR / Müttəfiq

İstanbulda TDT Müdafiə Sənayesi Qurumlarının toplantısı

Azərbaycanı bu toplantıda müdafiə sənayesi naziri Vüqar Mustafayev təmsil edib

İstanbulda TDT Müdafiə Sənayesi Qurumlarının toplantısı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İstanbulda “IDEF 2025” Beynəlxalq Müdafiə Sənayesi sərgisi çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müdafiə Sənayesi Qurumlarının 1-ci Toplantısı” keçirilib.

    Toplantıda Türk Dövlətləri Təşkilatının Baş katibi Kubaniçbek Ömüraliyev, Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev, Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün, Qazaxıstanın sənaye və tikinti naziri Yersayin Nagaspayev, Qırğızıstan müdafiə nazirinin müavini Azizbek Baybalayev və Özbəkistan Müdafiə Sənayesi Agentliyinin direktoru Mansurjon İbodullayev iştirak ediblər.

    TDT çərçivəsində yaradılan bu qurum üzv ölkələr arasında müdafiə sənayesi sahəsində ortaq baxışın möhkəmləndirilməsinə xidmət edəcək, eləcə də bilik və təcrübə mübadiləsinə əsaslanan davamlı əməkdaşlıqların yolunu açacaq.