XƏBƏRLƏR / Müttəfiq

Azərbaycanlılar Özbəkistana şəxsiyyət vəsiqəsilə gedə bilər

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev fərman imzalayıb

Azərbaycanlılar Özbəkistana şəxsiyyət vəsiqəsilə gedə bilər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “2025-2026-cı illərdə turist axınının kəskin artırılması və turizm xidmətlərinin həcminin genişləndirilməsinin sürətləndirilməsi yolu ilə iqtisadiyyatda turizmin rolunun və əhəmiyyətinin artırılması ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən, Azərbaycan vətəndaşlarının ölkəyə daxili pasport və ya şəxsiyyət vəsiqəsi ilə daxil olmasına icazə verməyi planlaşdırır. Eyni rejim Rusiya və Qazaxıstan sakinlərinə də şamil edilir.

    Sənədə əsasən, təşəbbüs səyahətlərin sadələşdirilməsi, turizm, biznes və humanitar əlaqələrin inkişafına yönəlib.

    Hazırda ölkələr arasında 60 günə qədər vizasız rejim mövcuddur, lakin ölkəyə daxil olarkən xarici pasport tələb olunur.