XƏBƏRLƏR / Müttəfiq

NATO Türkiyədən getdikcə daha çox yardım və dəstək gözləyir

ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak “Habertürk”ə müsahibə verib

NATO Türkiyədən getdikcə daha çox yardım və dəstək gözləyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ankara və Vaşinqton S-400 zenit-raket kompleksi probleminin həllinə doğru irəliləyir, - ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak deyib.

    "Əlbəttə, həllini tapacağıq... S-400 sistemi 2017-ci ildə anlaşılmazlıqlar ucbatından yaranan bir məsələdir. On il sonra biz tamamilə fərqli bir vəziyyətdəyik və həll yoluna doğru gedirik. Bir vaxtlar siyasi çəkişmələrə çevrilən F-35, F-16 və S-400 problemlərinin həlli var. Xüsusilə indi, ticarətin həcmini hər il 100 milyard dollar artırdıq. NATO Türkiyədən getdikcə daha çox yardım, məsləhət və dəstək gözləyir”,  o, “Habertürk”ə müsahibəsində bildirib.