XƏBƏRLƏR / Müttəfiq

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri görüşəcək

Görüş Pakistanda keçiriləcək

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri görüşəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İslamabadda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşü keçiriləcək.

    Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş və Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq arasında görüş oktyabrın 13-də baş tutacaq.

    Qeyd edək ki, bu, parlament sədrlərinin üçüncü üçtərəfli görüşüdür. Bundan əvvəlki görüş 2022-ci il iyulun 21-də İstanbulda keçirilib.