XƏBƏRLƏR / Müttəfiq

“Bəzi qüvvələr erməni diasporu ilə həmrəy olub!”

Bu barədə Türkiyə Prezidenti R.T. Ərdoğan açıqlama verib

“Bəzi qüvvələr erməni diasporu ilə həmrəy olub!”
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Prezident Kabinetinin iclası Prezident Kompleksində başa çatıb. Prezident Ərdoğan açıqlama verib:

    "Türkiyədəki bəzi qüvvələr erməni diasporu ilə həmrəylik nümayiş etdirdi".

    "44 günlük Vətən müharibəsi zamanı ölkədəki müəyyən dairələr, erməni diasporu ilə həmrəylik nümayiş etdirərək, qardaş Azərbaycanın ədalətli mübarizəsini dəstəkləyən Türkiyə hakimiyyətinin mövqeyini tənqid etdilər. Bəşər Əsəd Suriyadan qaçanda da eyni qüvvələr bizi qonşu ölkənin devrilmiş rəhbərliyi ilə dialoqa çağırdılar", - deyə Türkiyə Prezidenti bildirib.