XƏBƏRLƏR / Müttəfiq

Türkiyə və Azərbaycan sərbəst ticarət rejiminə keçir

Bunun mümkünlüyü haqda Türkiyənin ticarət naziri Ömər Bolat danışıb

Türkiyə və Azərbaycan sərbəst ticarət rejiminə keçir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə və Azərbaycan sərbəst ticarətə keçmək imkanlarını araşdırır.

    Bakıda keçirilən 2-ci Azərbaycan-Türkiyə İnvestisiya Forumunda Türkiyənin ticarət naziri Ömər Bolat Ankaranın Azərbaycanla sərbəst ticarət müqaviləsi bağlamağa çalışdığını açıqladı.

    "İki hökumətdən texniki qruplar maraqlarını məsləhətləşir, təhlil edir və qiymətləndirir. Ümid edirəm ki, zamanla bu məqsədə çatacağıq", - Bolat bildirib.

    Nazir qeyd edib ki, 2021-ci ildən qüvvədə olan güzəştli ticarət müqaviləsi artıq müsbət nəticələr verib və Ankara Bakı ilə ticarət və iqtisadi əməkdaşlığı dərinləşdirmək niyyətindədir.