XƏBƏRLƏR / Müttəfiq

Ərdoğan Bakıdakı paradda Məmməd Arazın şeirini səsləndirib

Bu gün Zəfər günüdür

Ərdoğan Bakıdakı paradda Məmməd Arazın şeirini səsləndirib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün birlikdə 30 illik işğalı sonlandıran möhtəşəm və mükəmməl bir Zəfərin beşinci ildönümünü qeyd edirik. Vətən müharibəsinin bütün şəhidlərini, Azərbaycanın igid övladlarını bir daha rəhmətlə anıram. Rəbbim şəhidlərimizin ruhlarını şad, məkanlarını inşallah cənnət eləsin.

    Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.

    O, Azərbaycanın Xalq şairi Məmməd Arazın şeirini səsləndirərək deyib:

    "Məmməd Araz Azərbaycan türkünün Vətən eşqini belə söyləyirdi:

    Bu gün gərək

    Hər anımız Vətən! - desin.

    Qılıncımız, qalxanımız

    Vətən! – desin.

    Ölənlərin əvəzinə

    Qalanımız - Vətən! - desin.

    Vətən, - desin!

    Qəlbimizin hər duyğusu, hər vurğusu

    Vətən! - desin.

    Fərqi yoxdur, harada olaq

    Zamanımız, məkanımız

    Vətən! - desin!

    Qəlbləri hər səfərində Vətən deyə döyünən qəhrəman qazilərimizə minnət duyğularımı ifadə edir, Uca Allah onlardan razı olsun deyirəm".