17 Noyabr xalqımızın milli oyanışının, azadlıq və müstəqillik iradəsinin tarixə çevrildiyi gündür.
Bu gün Azərbaycan xalqının birlik, milli kimlik və dövlət müstəqilliyi uğrunda mübarizəsinin rəmzidir.
1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı.
17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr — 5 dekabr, 1988-ci il) başladı.
Azərbaycan Xalq Cəbhəsinin (1989-1995) qurucusu və lideri Əbülfəz Elçibəyin başçılığı altında Bakıda və bir çox bölgələrdə qurtuluş mitinqləri keçirilmişdir.Azərbaycan Xalq Cəbhəsinin bu hadisələrdə iştirakı,mitinqlərin təşkilatlanmış halı kimi öz əksini tapır.
Milli dirçəliş ruhumuz daim yaşasın!
1 dəqiqə