İki abidəmiz UNESCO-nun Ümumdünya İrs Siyahısında
Məlumatı Azərbaycan Mədəniyyət Nazirliyi yayıb

Azərbaycanın iki abidəsi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib - Azərbaycan Mədəniyyət Nazirliyi xəbər verir.
UNESCO-nun Parisdəki mənzil-qərargahında keçirilən Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında Ümumdünya İrs İlkin Siyahısına təqdim edilmiş nominasiyaların müzakirəsi aparılıb.
Azərbaycanın təqdim etdiyi “Qədim Qəbələ şəhəri” və “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbiət Kompleksi” əraziləri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.