XƏBƏRLƏR / Mədəniyyət

Kinematoqrafçılar İttifaqı yenə sədr seçəcək

Xalq artisti Şəfiqə Məmmədova sədrliyə vahid namizəddir

Kinematoqrafçılar İttifaqı yenə sədr seçəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək.

    Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) bununla bağlı növbəti Konfransı sentyabrın 11-də Nizami Kino Mərkəzində keçiriləcək.

    Tədbirin gündəliyində əsas məsələ İttifaqın sədrinin seçilməsi olacaq. İttifaqdan bildirilib ki, Konfransda bütün üzvlərin iştirakı mütləqdir.

    Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Mayın 26-da isə Azərbaycan Kinematoqrafçılar İttifaqının seçki konfransı keçirilib. Konfrans iştirakçıları yetərsay olmadığından həmin konfrans və onun nəticəsi qeydə alınmayıb. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, o qarşıdan gələn konfransda sədrliyə vahid namizəddir.