XƏBƏRLƏR / Mədəniyyət

“Nənələr”in 89 yaşlı üzvü vəfat etdi

Xanımbacı Quliyeva ilk dəfə yaradılan "Bacılar" folklor qrupunun yaradıcılarından olub

“Nənələr”in 89 yaşlı üzvü vəfat etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Lənkəranın məşhur “Nənələr” folklor qrupunun 89 yaşlı üzvü vəfat edib.

    1936-cı il təvəllüdlü Xanımbacı Quliyeva dünyasını dəyişib.

    Qeyd edək ki, X.Quliyeva ilk dəfə yaradılan "Bacılar" adlı folklor qrupun yaradıcılarından olub.

    O, doğulduğu Separadi kəndində dəfn olunacaq.