Bakının rəmzi binalarından birini kim pis günə qoyub?
Bu barədə "Haqqın.az" saytı yazır

Bakının mərkəzində, Nəsimi rayonu, Bülbül prospektində və 28 May küçəsində yerli əhəmiyyətli memarlıq abidəsinə - memarlar Sadiq Dadaşov və Mikayıl Hüseynov tərəfindən layihələndirilmiş “Xalq qəzeti”nin redaksiyasının yerləşdiyi binaya icazəsiz müdaxilə qeydə alınıb.
Binanın fasadında tarixi görkəmini pozan metal konstruksiyalar quraşdırılıb. Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarına (inventar nömrəsi 2985) əsasən, bina dövlət tərəfindən mühafizə olunan memarlıq abidələri siyahısına daxil edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "haqqin.az"-a verilən məlumata görə, özbaşına tikililərin quraşdırılmasını Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi nəzarətə götürüb.