XƏBƏRLƏR / Mədəniyyət

Qəbələdə ilk dəfə “GabalaFest” keçiriləcək

Tədbir musiqini, incəsənəti, mədəniyyət və yaradıcılığı bir araya gətirəcək

Qəbələdə ilk dəfə “GabalaFest” keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 29 iyul-3 avqust tarixlərində Qəbələdə ilk dəfə “GabalaFest” keçiriləcək.

    Musiqini, incəsənəti, mədəniyyət və yaradıcılığı bir araya gətirən festival çərçivəsində konsertlər, beynəlxalq sərgilər, kitab yarmarkası, sənət və əl işləri nümayişləri, ustad dərsləri, interaktiv proqramlar, qastronomiya məkanları və müxtəlif mədəni layihələr təşkil olunacaq.

    “GabalaFest”in əsas istiqamətlərindən birini XV Qəbələ Beynəlxalq Musiqi Festivalı təşkil edəcək. Festival günlərində müxtəlif ölkələrdən musiqiçilərin iştirakı ilə rəngarəng konsert proqramı təqdim olunacaq.

    Festival çərçivəsində ziyarətçilər “Mədəniyyətlərin Qovşağı” adlı beynəlxalq incəsənət sərgisini də ziyarət edə biləcəklər. Heydər Əliyev Konqres Mərkəzində təşkil olunacaq sərgidə Azərbaycanın və müxtəlif ölkələrin tanınmış rəssam və heykəltəraşlarının əsərləri nümayiş etdiriləcək. Müxtəlif mədəniyyətləri sənətin dili ilə bir araya gətirən sərgi festivalın beynəlxalq ruhunu əks etdirəcək.