“Qarabağnamə” simfonik balladası üzərində iş başa çatıb FOTO
Əsəri Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə simfonik orkestr ifa edəcək
“Qarabağnamə” simfonik balladası üzərində iş başa çatıb.
Balladanın mətnini Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov, musiqisini isə Xalq artisti Faiq Sücəddinov yazıb.
Rafael Hüseynovun sözlərinə görə, əsərin solo hissəsini Əməkdar artist Ramil Qasımov ifa edəcək.
Əsəri Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə simfonik orkestr ifa edəcək.