“Avroviziya-2023” mahnı müsabiqəsinin qalibi müəyyənləşib
583 xalla isveçli müğənni Lorin Bakıdakı uğurunu təkrar edib
"Liverpool Arena"da 67-ci "Avroviziya-2023" Beynəlxalq Mahnı Müsabiqəsinin finalı keçirilib.
Televiziya tamaşaçılarının və "Avroviziya"da iştirak edən ölkələrin milli münsiflər heyətinin səsverməsi nəticəsində 583 xalla isveçli müğənni Lorin olub. İkinci və üçüncü yerləri müvafiq olaraq Finlandiya (526) və İsrail (362) tutub.
Xatırladaq ki, Lorin 2012-ci ildə Bakıda keçirilən “Avroviziya 2012”də də "Euphoria" mahnısı ilə qalib olmuşdu. O, Bakıdakı uğurunu 11 il sonra yenidən təkrarlayıb.