XƏBƏRLƏR / Mədəniyyət

Akif İslamzadə "Şöhrət” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb

Akif İslamzadə "Şöhrət” ordeni ilə təltif edildi
Akif İslamzadə
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Akif Qədir oğlu İslamzadə “Şöhrət” ordeni ilə təltif edilib.

    Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

    ANS Press-ə müsahibəsində müğənni mükafatın onun üçün gözlənilməz olduğunu qeyd edib: "Allah razı olsun! Təşəkkür edirəm! Gözləmirdim, anidən oldu. Adlar, məncə də, bu şəkildə verilməlidir. Bu mənim ilk ordenimdir. Bu günə qədər heç bir mükafat ilə təltif olunmamışam. Üç hiss bu dəqiqə bir aradadır. Təəccüb, sevinc və təşəkkür! Prezident İlham Əliyev ilə görüşüm də, qismət olsa, baş tutacaq. Hər kəsə uğurlar arzulayıram”.

    Qeyd edək ki, avqustun 8-də Akif İslamzadənin 75 yaşı tamam olub.