"Barbi" filmi 1 milyard dollar gəlir gətirib
Bu barədə "Variety” nəşri məlumat yayıb
Bir neçə həftə əvvəl ekranlara çıxan “Barbi” filmi indiyədək 1 milyard dollardan çox gəlir gətirib.
Bu barədə "Variety” nəşri məlumat yayıb.
Məlumata görə, film Şimali Amerikada 459 milyon, digər ölkələrdə isə 572 milyon dollar gəlir əldə edib.
Bu, həm filmin rejissoru Qreta Gerviq, həm də “Warner Bros” şirkəti üçün rekorddur.
Qeyd edək ki, “Barbi” iyulun 21-də bütün dünyada nümayiş etdirilib. Filmdə Marqo Robbi, Rayan Qoslinq, Helen Mirren və Dua Lipa rol alıb.