Ceki Çan Bakıdakı çəkilişlərdən danışıb
Aktyor bu barədə Harbində keçirilən Beynəlxalq Aksiyon Filmləri Həftəsində söz açıb
Ceki Çan Harbində keçirilən Beynəlxalq Aksiyon Filmləri Həftəsində Bakıdakı çəkilişlərdən danışıb.
"Dünən mən Azərbaycanda çəkiliş aparırdım. Günəş axşam saat ondan sonra batdığı üçün, təyyarəyə minmək üçün tələsməsəydik, saat 22:45-ə qədər çəkiliş aparardıq. Bu dəfə həqiqətən əziyyət çəkdik", - deyə aktyor bildirib.
Ceki Çanın yenidən Asiya Şahinini canlandırdığı "Tanrının Zirehi" franşizasının dördüncü hissəsinin çəkilişləri Azərbaycanda baş tutub.
Çəkilişlər Qazaxıstan və Azərbaycanda davam edir və filmin premyerası 2027-ci ilə planlaşdırılıb.
1 dəqiqədən az