XƏBƏRLƏR / Mədəniyyət

Azərbaycanda Özbəkistan mədəniyyəti günləri keçiriləcək

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib

Azərbaycanda Özbəkistan mədəniyyəti günləri keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 1-4 avqust 2023-cü il tarixlərində Bakıda Özbəkistan mədəniyyəti günləri keçiriləcək.

    Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

    Qeyd edilib ki, Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən mədəniyyət günləri çərçivəsində tanınmış özbək sənətçilərinin iştirakı ilə böyük konsert proqramı, eyni zamanda teatr tamaşalarının nümayişi, kitab sərgisinin keçirilməsi və digər tədbirlər nəzərdə tutulub.

    Dörd gün davam edəcək mədəniyyət günləri çərçivəsində məşhur sənətçilərdən Özbəkistanın Xalq artistləri Fərrux Zakirov, Nəsibə Abdullayeva, Haşimjon İsmaylov, Zulayxo Boyxanova, Gulsanam Mamazoitova, Jenisbek Piyazov, Samandar Alimov və başqaları azərbaycanlı sənətsevərlərin qarşısında çıxış edəcək.