“Xarıbülbül” festivalı Laçında konsertlə davam edib
Festival Həkəri çayı ətrafında iştirakçıları və qonaqları bir araya gətirib
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada başlayan “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mayın 13-də Laçında “Sələflər və xələflər” adlı konsert proqramı ilə davam edib.
Festival Həkəri çayı ətrafında iştirakçıları və qonaqları bir araya gətirib.
Laçın şəhərinin ən mənzərəli məkanlarından birinə gələn qonaqlara milli-mənəvi irsimizdən, ənənələrin valideyndən övlada keçməsindən, gənc nəslin milli dəyərlərə sevgi və sədaqətindən qaynaqlanan “Sələflər və xələflər” layihəsi təqdim olunub.
Konsert proqramında Azərbaycanın tanınmış incəsənət ustalarının onların sənətini davam etdirən övladları, yetirmələri ilə birgə çıxışları təqdim olunub. Layihə milli musiqimizin, mədəniyyətimizin, ənənələrimizin yaşadılması üzərində qurulub.
Tədbirdə Azərbaycanın tanınmış incəsənət ustalarının övladları və yaradıcılığını davam etdirən tələbələri ilə birgə çıxışları olub.
Layihə milli musiqi, mədəniyyət və adət-ənənələrin qorunub saxlanmasına əsaslanır.